Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan futbolunda yayın ən bahalı transferləri - Siyahı

Baxılıb: 946     Tarix: 12-09-2026 15:37   

Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 10-u saat 23:59-da bağlanıb.

Qanunvehedef.az Unikal-a istinadla yerli klubların ən bahalı satışlarını və transferlərini təqdim edir:

Ən bahalı satışlar

1. Kamilo Duran – “Qarabağ”dan “Seltik”ə – 5,5 milyon avro

2. Leandro Andrade – “Qarabağ”dan “Pelessye”yə – 3 milyon avro

3. Aaron Maluda – “Sabah”dan “Bazel”ə – 2,7 milyon avro

Ən bahalı transferlər

1. Taofik İsmail – “Qurnik”dən “Qarabağ”a – 1 milyon avro

Reda Xadra – “Reyms”dən “Qarabağ”a – 1 milyon avro

Bens Varkonyi – “Zalaeqerseq”dən “Qarabağ”a – 1 milyon avro

Cebrail Makreçkis – “Ferensvaroş”dan “Qarabağ”a – 1 milyon avro

2. Freddi Varqas – “Makkabi Netanya”dan “Neftçi”yə – 900 min avro

Alen Şkribek – “Zalaeqerseq”dən “Neftçi”yə – 900 min avro

3. Renaldo Sefas – “Pari NN”dən “Qarabağ”a – 880 min avro

Yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb. Bu keçidlərdən klubların əldə etdiyi ümumi gəlir 13,640 milyon avro təşkil edib.

Eyni dövrdə Premyer Liqa təmsilçiləri heyətlərinə 167 futbolçu cəlb ediblər. Bu transferlərə ümumilikdə 11,760 milyon avro xərclənib.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasındakı futbolçuların ümumi bazar dəyəri 110 milyon avrodan yuxarıdır.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar