Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Sabah” “Qarabağ” və “Xəzər Lənkəran”ın rekordunu təkrarladı

Baxılıb: 9817     Tarix: 15-09-2026 12:14   

“Sabah” Premyer Liqanın 2026/27 mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.

Qanunvehedef.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. “Xəzri” 1995/96, “Xəzər Lənkəran” 2007/08, “Qarabağ” 2019/20 mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, “Sabah” dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.

V turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matça təsadüf edib – 3:0.

Bu qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar