Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Sabah"ın biletləri niyə tez bitdi? - Klubdan açıqlama

Baxılıb: 916     Tarix: 22-09-2026 14:34   

"Sabah" ötən gün Çempionlar Liqasının liqa mərhələsi üçün vahid biletlər satışa çıxarıb.

"Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli"yə qarşı ev oyunlarını izləmək üçün nəzərdə tutulan biletlərin qiyməti 35, 60, 190 və 285 AZN təşkil edir.

Biletlər satışa çıxarıldıqdan az sonra tükənib və bu durum azarkeşlərin narazılığına səbəb olub. Lakin məlum olub ki, satışa biletlərin yalnız kiçik bir hissəsi buraxılıb.

Qanunvehedef.az xəbər verir ki, "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Offsideplus.az-a açıqlamasında biletlərin təxminən 10 faizinin satışa çıxarıldığını bildirib:

"Yaxın vaxtlarda bilet satışının davam etdirilməsi nəzərdə tutulur".

Klub rəsmisi biletlərin fərdi şəkildə deyil, yalnız paket formasında satılıb-satılmayacağı məsələsinə də aydınlıq gətirib:

"Hazırda biletlərin ancaq bu formada (paket şəklində) satışı nəzərdə tutulub".


Qanunvehedef.az





{sape_links}{sape_article}