Xankəndi stadionunda təmir işləri nə vaxt başa çatır?
Baxılıb: 914 Tarix: 23-09-2026 12:14

"Xankəndi" futbol komandası bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















