Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

40 oyundur uduzmurlar - İspaniya tarix yazdı

Baxılıb: 983     Tarix: 30-09-2026 09:33   

İspaniya milli komandası məğlubiyyətsiz oyunlar üzrə yeni rekord müəyyənləşdirib.

Qanunvehedef.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda Xorvatiyanı 4:1 hesabı ilə məğlub edərək ardıcıl 40-cı oyununu məğlubiyyətsiz keçirib.

Məlumata görə, bununla da İspaniya futbol tarixində ardıcıl 40 oyunda məğlub olmayan ilk milli komanda olub.

İspaniyanın bu möhtəşəm seriyası ərzində komanda 2024-cü il Avropa çempionluğu və 2026-cı il Dünya çempionatı da daxil olmaqla, mühüm uğurlara imza atıb.

“Opta”nın məlumatına görə, Xorvatiya üzərində qələbə İspaniyanın bütün turnirlərdə ardıcıl doqquzuncu qələbəsi olub. Bununla da komanda De la Fuentenin rəhbərliyi altında ən uzun qələbə seriyasını təkrarlayıb.

İspaniya 2024-cü ilin iyun-iyul aylarında da ardıcıl doqquz oyunda qalib gəlmişdi.

“Stats Foot”un məlumatına görə, İspaniya Millətlər Liqasındakı çıxışları ərzində 70-ci qolunu vuraraq turnir tarixində ən çox qol vuran milli komanda olub.

İspaniya millisinin futbolçusu Fabian Ruis də fərdi göstəricisi ilə diqqət çəkib.

“Stats Foot”a görə, Ruis milli komanda formasında meydana çıxdığı 52 oyunun heç birində məğlubiyyət yaşamayıb. Bu matçlarda o, 37 qələbə və 15 heç-heçə əldə edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}