Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Sabah”ın oyununa 45 min bilet satılıb

Baxılıb: 913     Tarix: 05-10-2026 16:26   

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də “Slaviya”nı qəbul edəcək.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}