Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü

Baxılıb: 916     Tarix: 08-10-2026 13:11   

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk “üçlük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar