Alman alim Bakıda nəyə təəccübləndi?
Baxılıb: 801 Tarix: 11-02-2019 13:10
Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. MEK-in bu işin zirvəsində olduğunu hesab edirəm.
Qanunvehedef.az xəbər verir ki, bunu Berlinin Humbolt Universitetinin professoru Klaudia Luks Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası haqqında danışarkən deyib.
“Vikipediya mənim üçün gözəl bir alətdir və bu vasitə ilə ilk tanışlığımdan sonra bütün dünya mənə açılmış oldu. Hesab edirəm ki, kitabxanalar Vikipediya ilə işləməlidir. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar var idi və siz informasiya əldə etmək üçün onlardan istifadə edirdiniz. Bir məqalədə oxudum ki, Vikipediyanın keyfiyyəti Britanika Ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır. Onların hər birində müəyyən səhvlər ola bilər, lakin Vikipediyada digər insanların bu səhvləri redaktə etmək imkanı var. Və nəticədə siz Britanika Ensiklopediyasından daha çox məlumatı Vikipediyadan əldə edirsiniz”, - alman professor bildirib.
Klaudia Luks deyib ki, səfərdən öncə Vikipediyada Azərbaycanla bağlı bəzi məlumatlara nəzər yetirib və yeni biliklər əldə edib:
“Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, Vikipediya sahəsində Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir. Və mənim haqqımda da Vikipediyada məlumat yerləşdirdiklərinə görə onlara minnətdaram.
Mərkəzi Elmi Kitabxananın yaratdığı Vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğunu görürəm və buna görə sizi yalnız təbrik edə bilərəm”.
Professorun sözlərinə görə, haqqında Azərbaycan dilində məqalə yerləşdirildiyini görəndə çox təəccüblənib və bu ideyanın haradan gəldiyini, kimin bu məqaləni oxuyacağını və kimin buna ehtiyacı olacağını düşünüb:
“Lakin siz bunu etdiniz, çünki əvvəllər Vikipediyada mənim haqqımda məqalə yalnız alman dilində mövcud idi və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də yaradılar.
MEK komandası mənim haqqımda ingilisdilli Vikipediyada da məqalə yaratdı. Bu, çox gözəldir və onu göstərir ki, MEK Vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya Vikipediya vasitəsilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir.
Deyə bilərəm ki, mən Azərbaycanın həm real, həm də virtual informasiya məkanlarındayam və bu MEK-in fəaliyyəti sayəsində reallaşdı!”

Ən çox oxunanlar
Son xəbərlər