Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

“Koronavirusla bağlı vəziyyət nəzarətdədir”.

Baxılıb: 1 341     Tarix: 02-11-2023 12:20   

Qanunvehedef.az xəbər verir ki, bunu jurbalistlərə açıqlamasında TƏBİB sədri Vüqar Qurbanov bildirib.O qeyd edib ki, ölkədə COVID-19-la bağlı hazırda TƏBİB tabeliyində olan bir modul tipli xəstəxana fəaliyyət göstərir: “Bu xəstəxanada xəstələrin müalicəsi davam etdirilir. Dərman təchizatı əvvəlki qaydada davam edir. Kritik xəstələrimiz yoxdur”.
Səhiyyə naziri Teymur Musayev də koronavirusla bağlı vəziyyətə münasibət bildirib: “Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir”.
Nazirin sözlərinə görə, yoluxma sayları da məhduddur: “Bütün aidiyyəti səhiyyə qurumları bu məsələyə ciddi nəzarət edir. Hər hansı şübhəli analizlər laboratoriyaya göndərilir, lazım olanda həmin şəxs xəstəxanaya yerləşdirilir. Bu gün koronavirusla əlaqəli ölkədə heç bir narahatlıq yoxdur”.
T.Musayev əlavə edib ki, COVID-19-la bağlı ölkədə yetərincə vaksin ehtiyatı var: “Vaksin edilməyən insanlara da çağırış edirəm ki, peyvənd olunsunlar. Hələ gec deyil, vətəndaş məsuliyyətini dərk etmələrini xahiş edirəm. Ölkədə demək olar ki, vaksinasiya prosesi uğurla başa çatıb. Bunun nəticəsidir ki, hazırda ölkədə pandemiya ilə əlaqəli epidemioloji durum sabit və qənaətbəxşdir”.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar