Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Əhliman Əmiraslanov: onkoloji xidmət üçün dövlət büdəcsindən ayrılan vəsait azdır

Baxılıb: 809     Tarix: 03-11-2023 15:10   

"Düzdür, gələn ilin büdcəsindən səhiyyə xərcləri üçün 20 milyondan çox vəsait ayrılıb. Lakin bu vəsaitlə ağır patologiyaları müalicə etmək mümkün deyil".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin ictimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.
"Nəzərə alsaq ki, icbari tibbi sığorta fondu get-gedə artır və səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir, mənə elə gəlir, tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır", - o bildirib.
Əhliman Əmiraslanov həmçinin onkoloji xəstəliklərin müalicəsi üçün 50 milyon manat vəsait ayrıldığını deyib: "Lakin bu vəsait təkcə xəstəliyin müalicəsi üçün deyil, eyni zamanda maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də nəzərdə tutulub. Lakin bu vəsait onkoloji xəstəliklərin müalicəsi üçün yetərli deyil. Bunun çıxış yolu onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə salınmasıdır".

Qanunvehedef.az



{sape_links}{sape_article}