Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Millət vəkili icbari tibbi sığorta haqqının artırılmasını təklif etdi.

Baxılıb: 840     Tarix: 03-11-2023 15:51   

“Statistik göstəricilərə görə Azərbaycanda onkologiya üçün ayrılan büdcə beynəlxalq səviyyədə nəzərdə tutulan rəqəmdən 10 dəfə azdır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Deputat qeyd edib ki, ehtiyac olan rəqəm 500 milyon manatın üzərində olmalıdır: “Ən azından onkoloji xəstəliklərdə büdcənin iki qatına artırılması və bunun yanında icbari sığortanın əlavə olunması həyati məsələdir. Xahiş edirəm, bu məsələyə baxılsın. Əhalidən tutulan icbari tibbi sığorta haqqını 1 % artırmaqla müəyyən dərmanları, müalicələri icbari tibbi sığorta paketinə əlavə etmək olar. Düşünürəm ki, əhali buna narazılıq etməz”.

Qanunvehedef.az



{sape_links}{sape_article}