Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Övladları qızılcaya yoluxan valideynlər nə etməlidir? - Sabunçu Tibb Mərkəzinin direktorundan AÇIQLAMA

Baxılıb: 631     Tarix: 14-12-2023 15:32   

Son günlər ölkəmizdə qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. Xüsusən də xəstəlik uşaqlar arasında yayılır. Bu gün də Şirvan şəhərində 12 yaşlı uşaq qızılcadan dünyasını dəyişib. Qızılca uşaqlarla bərabər, 40 yaşdan yuxarı əhali arasında da müşahidə olunduğuna görə təqvimdənkənar peyvənd kampaniyalarına başlanılıb. Qızılca ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova Sonxeber.az saytının suallarını cavablandırıb:
Nurəngiz Bəşirova ilk olaraq valideynlərə uşaqlarının təmizliyinə çox ciddi diqqət yetirməklərini məsləhət görüb:
"Uşaqların peyvəndləri vaxtında vurdurulmalıdır. Peyvənd olunmayan uşaqlar daha tez qızılcaya yoluxur. Analara məsləhət görərdim ki, ilk olaraq uşaqların təmizliyinə riayət etsinlər və ictimai iaşə yerlərindən uzaq tutsunlar. Çünki uşaqlar virus nədir bilmirlər. Onlar oynamaq və gəzmək istəyirlər. Son dövrdə qızılca xəstəliyi yayıldığına görə,hər bir valideyn övladının həkimi olmalı və balasını qorumalıdır. Əgər uşaqlarında temperatur, halsızlıq dərinin rənginin dəyişilməsi, gözlərinin sulanması və başının tüklü hissəsində, boyun seyvanında və bədənin müxtəlif nahiyələrində səkgilər görərlərsə dərhal həkimə müraciət etməlidirlər.
Bilirsiniz ki, Məhəmmədi Modul tipli xəstəxana Sabunçu Tibb Mərkəzinə daxildir. Burada uşaqlarla yanaşı, hamilə qadınlar da qızılca xəstəliyindən müalicə alırlar. Azyaşlılarla birlikdə onların anaları da xəstəxanada qalırlar. Sabunçu Tibb Mərkəzinin nəzdində mərkəzləşdirilmiş qida bölməmiz var. Xəstələr səhər, günorta və axşam yüksək səviyyədə qidalanma ilə təmin olunurlar. Geyim və dərman təchizatımız da yüksək səviyyədədir. Həkimlərimiz və tibb bacılarımız xəstələrin tez bir zamanda sağalıb evlərinə getməkləri üçün əllərindən gələni edirlər.
Qızılcaya yoluxmuş xəstələrin sağalma dövrü də müxtəlifdir. Elə xəstə var ki, 1 həftə və ya 10 gün ərzində sağalır. Eləsi də var ki, müalicə dövrü uzun çəkir. Xəstəxanamıza Bakıdan əlavə digər bölgələrdən xəstə qəbul edirik.
Hamilə qadınlarımızın müalicəsini infeksionistlərimiz və ginekoloqlarımız birgə aparır. Onlar tam şəkildə müalicə olunaraq evlərinə göndərilir. Bəzi hamilə qadınlarımız olur ki, doğuşdan azad olunan kimi biz onu təxliyyə edirik və qızılcaya görə müalicəyə başlayırıq. Edilən müalicələr ana və uşaq da heç bir fəsad törətmir".



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar