Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

TƏBİB-in səlahiyyətləri artırılıb

Baxılıb: 784     Tarix: 21-12-2023 13:24   

Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası"nda, "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə"də və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır.
Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}