Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldıldı

Baxılıb: 705     Tarix: 28-06-2024 11:42   

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.
Qanunvehedef.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar