Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Macarıstanın Baş naziri Viktor Orban Çinə getdi

Baxılıb: 731     Tarix: 08-07-2024 12:15   

Macarıstanın Baş naziri Viktor Orban Çinə rəsmi səfər edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Orban öz sosial şəbəkə hesablarında paylaşıb.
O bu səfərini “Sülh missiyası 3.0. Çin” adlandırıb.
Çinin Mərkəzi Televiziyasının məlumatına görə, artıq Orbanla ölkə lideri Si Cinpin arasında danışıqlar keçirilib. Bununla belə, görüşün detalları açıqlanmayıb.
Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib.
Orbanın Moskvaya razılaşdırılmamış səfər etməsi Aİ və NATO-dan olan tərəfdaşların narazılığına səbəb olub. Səfərə münasibət bildirən Almaniya Kansleri Olaf Şolts qeyd edib ki, Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara Aİ-nin xarici siyasət nümayəndəsi kimi deyil, Macarıstanın Baş naziri olaraq gedib. Bunun ardınca, Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də ölkəyə planlaşdırılan səfərini ləğv edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar