Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ABŞ Prezidenti Donald Tramp təyyarə ilə gələn ilk lider ola bilər

Baxılıb: 658     Tarix: 06-01-2025 12:03   

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə gələn ilk lider ola bilər”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Leks Fridmana müsahibəsində deyib.
Onun sözlərinə görə, lakin bu, ölkədə müharibə bitdikdən sonra baş tuta bilər: “Kiyev aeroportunun açılmasını çox istərdim. Ola bilsin, açarıq. Lakin bunun üçün müharibənin başa çatması, dayanıqlı sülh və hava hücumundan müdafiə vasitələri olmalıdır.
Tutaq ki, bu gün hansısa şəhərdən həmin vasitələri götürsək və aeroporta yönləndirsək, bu, ədalətsiz olardı. İnsanlar təyyarələrdən daha vacibdir. Amma an gələcək, düşünürəm ki, müharibə bitəcək və Prezident Tramp təyyarə ilə ölkəyə səfər edən ilk lider olacaq. Zənnimcə, bu simvolik hadisə olardı”.
Qeyd edək ki, Ukrayna üzərində mülki aviasiya 2022-ci il fevralın 24-də dayandırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2