Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zelenskidən Putinin təhdidlərinə sərt - Cavab

Baxılıb: 352     Tarix: 05-06-2025 09:23   

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin Ukraynanın Rusiya aerodromlarına həyata keçirdiyi hücumuna cavab vermək niyyətindədir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Tramp “Truth” hesabında yazıb.
“Prezident Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.
Ukrayna Prezidenti Volodimir Zelenski Putinin Rusiya aerodromlarına edilən zərbələrə cavab veriləcəyi ilə bağlı hədələrinə sərt reaksiya verib:
“Putin cəzasızlıq hissi ilə yaşayır və Rusiyanın bütün dəhşətli hücumlarından sonra belə, guya hansısa cavab tədbirləri hazırlayır”.
Onun sözlərinə görə, müxtəlif səviyyələrdə Rusiya ilə danışanlar olsa da, lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına gətirib çıxarıb.
“Əgər Rusiya atəşkəslə razılaşsaydı, Ukrayna Rusiyanın strateji aviasiyasını məhv etməyə yönəlmiş “Hörümçək toru” əməliyyatını həyata keçirməzdi. Atəşkəs həmin əməliyyatdan əvvəl razılaşdırıla bilərdi. Əgər bu baş versəydi, əməliyyat olardımı? Xeyr.
Yəni bu o demək deyil ki, biz eyni anda həm atəşkəs istəyirik, həm də heç nə etmirik. Mən hesab edirəm ki, atəşkəsin qaydaları hamı üçün keçərlidir. Əgər bu qaydalar pozulursa, biz də onları poza bilərik”, - deyə Zelenski bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar