Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Kino naminə mən hətta qurban getməyə razıyam”

Baxılıb: 836     Tarix: 11-09-2026 14:43   

“Mən özümü elə bir çətin işə atmışam ki, amma çox fikirləşmişəm. Fikirləşdim ki, bəlkə mən hələ lazımam. Ona görə namizədliyimi irəli sürmüşəm”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilən Xalq artisti Şəfiqə Məmmədova jurnalistlərə açıqlamsında deyib.

“Hamıya minnətdaram. İstər mənə səs verənlərə, istərsə də səs verməyənlərə.

Bax, kino tərpənir, yəni çəkilişlər var, komissiyalar var, təsdiq olunur, ssenarilər yazılır, komissiyalar, agentlikdə çox böyük bir iş gedir. Mən buna çox sevinirəm və ona görə də qoşuluram ki, lazım olum. Bütün komissiyanın üzvündə də mən varam, yəni əlimdən gələni, bacardığımı göstərim və kinomuzun naminə, bu işdə, bu cəmiyyətdə kino naminə mən hətta qurban getməyə razıyam” , - o bildirib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova bu gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar