Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

İstanbul Respublika Prokurorluğunun kapital bazarları ilə bağlı apardığı istintaqda, türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşürup Sandalın ləğv edilən fondlardan 11 milyard lirə çıxardığı iddia olunub.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük iddialara sosial şəbəkədə cavab verib.
Melis Sandal və vəkili 11 milyard lirəlik iddiaların həqiqətə uyğun olmadığını, əksinə, onun vəsaitlərinin hələ də fondlarda qaldığını və fondların bağlanması səbəbindən maddi zərər çəkən investorlardan biri olduğunu bildirib.
Mustafa Sandal məsələ ilə bağlı alnının açıq olduğunu vurğulayıb:
“Hər hansı fondun alqı-satqısı və ya bu cür təşkilatlanmalarla heç bir əlaqəmiz yoxdur. 32 illik yeganə gəlir mənbəyim sizin təqdirinizlə musiqidir”.
Qeyd edək ki, istintaq çərçivəsində 106 şəxs və qurum barəsində əmlak tədbirlərinin tətbiqi tələb olunub. Məlumata görə, 47 fiziki şəxs arasında türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşürup Sandalın da adı yer alıb. İddialarda Melis Sütşürup Sandalın ləğv edilən investisiya fondlarından 11 milyard lirə məbləğində vəsait çıxardığı bildirilib.


























