Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tədbirə eyni geyimdə qatıldılar - FOTOİAR

Baxılıb: 1014     Tarix: 30-09-2026 10:34   

Paris Moda Həftəsi üçün Fransada olan türkiyəli aktrisa Serenay Sarıkaya bu dəfə podiumdakı çıxışı ilə deyil, amerikalı model Heyli Biberlə eyni markanın dəfiləsinə oxşar geyimdə qatılması ilə diqqət çəkib.

Qanunvehedef.az xəbər verir ki, iki məşhur simanın eyni kostyuma üstünlük verməsi Parisdəki gecənin diqqətçəkən detallarından biri olub.

Bəzi məlumatlarda bunun tamamilə təsadüf olduğu, bəzilərində isə dəfilənin konseptinin iştirakçıların bir-biri ilə eyni görünüşdə olması olduğu bildirilir.

Qeyd edək ki, Serenayla Heylinin geyim seçimlərinin üst-üstə düşməsi ilk dəfə baş vermir. Sarıkayanın əvvəlki illərdə geyindiyi bəzi kombinlər də Biberin seçimləri ilə oxşarlıq təşkil edib. Hətta Serenay 2020-ci ildə Heylinin tərzi haqqında danışarkən “ona heyranam, onu izləyirəm” ifadəsini işlətmişdi.




Qanunvehedef.az




{sape_links}{sape_article}