Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qonorarımın artırılmasını istədim, obrazı öldürdülər”

Baxılıb: 9120     Tarix: 08-10-2026 14:31   

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialında 4 mövsüm ərzində Sönmez obrazını canlandıran Aliye Uzunatağan layihədən ayrılmasının səbəbi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa serialdan ayrılması ilə bağlı yayılan “ödəniş məsələsində razılaşa bilmədilər” iddiasına aydınlıq gətirib.

“4 il ağzımı açmadım, nə verdilərsə, razılaşdım. 5-ci mövsümdə isə qonorarımın artırılmasını istədim. Bunu tələb edəndə obrazı öldürdülər”, - aktrisa bildirib.

A.Uzunatağanın sözlərinə görə, serialın son səhnəsi çəkilərkən ona “huşunu itir” deyilib. Lakin o həmin anda bunun Sönmez obrazının serialdan çıxarılması ilə nəticələnəcəyini anlayıb. Aktrisa bildirib ki, hər mövsümün sonunda canlandırdığı obrazın başına müxtəlif hadisələr gətirilirdi və bu səbəbdən serialdan çıxarılma ehtimalını düşünürdü.

Uzunatağanın bu açıqlaması “Kızılcık şerbeti” izləyiciləri arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 2022-ci ilin oktyabrından yayımlanan “Kızılcık şerbeti”nin artıq 5-ci sezonu çəkilir. Serial təkcə mövzusu ilə deyil, eyni zamanda səhnə arxasında baş verən qalmaqallı məsələlərlə də tez-tez gündəmə gəlir. Hazırda baş rolları Emre Dinler (Fatih) və Seray Kaya (Başak) canlandırır.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar