Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı ÇAĞIRIŞ

Baxılıb: 448     Tarix: 05-01-2023 12:40   

"Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar tez-tez xəstələnirlər, xüsusən də payız-qış mövsümündə".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin sosial media hesablarına uşaqların sağlamlığı ilə bağlı gələn sualları cavablandırarkən deyib.
O, bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər verib:
"Ana südünün uşaqlarda immun sisteminin yaradılmasında və gücləndirilməsində birbaşa əlaqəsi var. Bu səbəbdən ilk 6 ay ancaq ana südü ilə qidalanma çox önəmlidir. Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirməlidirlər. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır. Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdı. Qeyd edim ki, anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur. Xəstəliklərin çoxu hava-damcı yolu ilə yoluxur. Buna görə də insanların çox olduğu qapalı, havasız məkanlardan uzaq olmaq lazımdır. Otaqların havası tez-tez dəyişdirilməlidir".
Mütəxəssis eyni zamanda uşaqlar arasında müşahidə olunan ürəkbulanma və qusmanın səbəblərini də açıqlayıb:
"Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur. Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar