Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər

Baxılıb: 590     Tarix: 12-05-2023 12:33   

10-11 may tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.
Tibbi müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə keçirilib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) çalışan, Türkiyə Cümhuriyyətində pediatriya sahəsində uzmanlıq təhsili almış pediatr, pediatr-qastroenteroloq, pediatr-kardioloq və radioloq ixtisaslı həkimlər
Lənkəran RMX-da  uşaqları müayinə ediblər.
Müayinələrdə böyük əksəriyyəti Lənkəran rayonundan olmaqla Lerik və Astara rayonlarından olan 150 nəfər azyaşlı sakin iştirak edib. Funksional diaqnostik müayinələrdən sonra ixtisaslı həkimlər tərəfindən 4 nəfər dəqiqləşdirilmiş virus qızdırması ilə stasionar yatış üçün Respublika Uşaq Klinik Xəstəxanasına göndərilib. Kardioloji müayinə zamanı 6 uşağın ürəyində qüsurlar aşkarlanıb. Onlardan ikisi əməliyyata göstərişin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə müayinələr üçün Bakıya dəvət olunub. Yüngül ürək qüsuru olan üç nəfərin isə mütəmadi həkim nəzarəti altında qalmaları tövsiyə olunub. Həmçinin qasıq yırtığı diaqnozu qoyulan iki aylıq uşağa əməliyyat təyin olunub, 2 uşağa otorinolarinqoloq və nevroloqun müayinəsi tövsiyə olunub.
Bundan başqa medikamentoz müalicəyə ehtiyacı olan 50-yə yaxın uşağa reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.
Məlumat üçün bildirək ki, müayinədə iştirak edən həkimlərdən ikisi Agentlik tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində RKX-da işə cəlb olunub.  

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar