Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ümumdünya Səhiyyə Təşkilatının büdcəsi artırılacaq

Baxılıb: 787     Tarix: 23-05-2023 14:15   

Üzv ölkələr tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması öhdəliyi götürülüb.
Qanunvehedef.az xəbər verir ki, ÜST-dən verilən yazılı açıqlamaya görə İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində ÜST-nin büdcəsi müzakirə edilib.
Üzv dövlətlər ÜST-nin 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük haqqını 20 faiz artırmağı öhdələrinə götürdülər. Bu proqramın büdcəsi 6,83 milyard dollar müəyyən edilib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus üzv dövlətlərə bu qərara güclü dəstəyə və ÜST-ə göstərilən etimada görə təşəkkür edib.
Üzvlük haqlarının 20 faiz artırılmasının ötən ilki DSA-da qəbul edilmiş öhdəlik olduğu xatırladılarkən, ÜST-nin davamlı maliyyəsi ilə bağlı hesabatlılıq, idarəetmə və maliyyələşdirmə ilə bağlı islahatları əhatə edən digər tövsiyələrin 76-cı DSA-da daha ətraflı müzakirə ediləcəyi qeyd edilib. ..
Mayın 21-də başlayan və "həyatları xilas etmək" və "hamı üçün sağlamlıq" mövzularına diqqət yetirəcək 76-cı DSA mayın 30-da başa çatacaq.



{sape_links}{sape_article}