Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ŞƏFALI ƏLLƏR

Baxılıb: 704     Tarix: 26-05-2023 12:49   
 
Həkimin, tibb bacısının əlləri şəfalı olmaqla yanaşı, dili də şirin olmalı və insanlara sevgiylə yanaşmağı bacarmalıdır. Günel xanımı tanıyan pasiyentlərin hamısı çox yaxşı bilir ki, o, bu keyfiyyətləri özündə necə daşıyır. Çünki bu xanımın şəfalı əlləri olmaqla yanaşı, çox böyük ürəyi də var. Və bu ürəyin sahibi ona üz tutan pasiyentlərə öz əzizləri, doğması kimi baxır.
Abşeron rayonu Xırdalan şəhəri Cabir Novruz küçəsi ünvanda yaşayan Sultanova Kəmalə Kamil qızı redaksiyamıza müraciət edərək, ak. Mirqasımov adına 1 saylı Respublika Xəstəxanasının həkim-ginekoloqu Günel Əfəndiyevaya, xəstə olduğu vaxt ona göstərdikləri keyfiyyətli tibbi xidmətə və şəfqətli münasibətə görə dərin minnətdarlığını ifadə edəın fikirlərini dərc etməyimizi xahiş etmişdir.
Açıq təşəkkürnamədə deyilir: “Günel xanım həmişə deyir ki, mən özümü ona görə xoşbəxt sayıram ki, pasiyentlərim məndən razı qalırlar. Ən başlıcası isə bu müalicəxanaya gəlib Günel xanımın xidmətindən yararlanan insanlar ümidlərinin və istəklərinin göyərdiyini görürlər. Belə ki, müalicəni qəbul edəndən bir müddət sonra ağrı-acılarının azaldığını və sağaldıqlarını bildirirlər. Mən də müalicələri götürəndən sonra artıq özümü əla hiss edirəm və heç bir yerim də ağrımır. Çalışıram ki, vaxtdan-vaxta Günel xanımın yanında olum, onunla hal-əhval tutum, müalicələrini götürüm. Canınız sağ, şəfalı əlləriniz var olsun, Günel həkim!


“Qanun və Hədəf”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar