Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
Baxılıb: 576 Tarix: 09-06-2023 11:26
“Mayın 8-dən iyunun 4-nə qədər dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub. 10 463 nəfər isə dünyasını dəyişib”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Məlumata görə, daha əvvəlki 28 günlə müqayisədə dünyada koronavirusdan ölüm halları 47%, yoluxma isə 38% azalıb.
Bildirilir ki, sözügedən dövr ərzində ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb. Belə ki, mayın 8-dən iyunun 4-nə qədər bu ölkədə 470 093 nəfər COVID-19-a yoluxub.
Qeyd edək ki, ÜST-nin iyunun 7-nə olan məlumatına görə, dünyada ümumilikdə 767 750 853 yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər isə həyatını itirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər