Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakı və regionlardakı Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Baxılıb: 450     Tarix: 04-07-2023 10:01   

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qurumdan bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}