Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib

Baxılıb: 784     Tarix: 06-07-2023 16:01   

Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib.
Qanunvehedef.az xəbər verir ki, şöbəsinin açılışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilər iştirak edib.
Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsində görülən işlər barədə məlumat verib: "İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən xidmətlərin çeşidliliyinin və kefiyyətinin artmasına yönəlib. Cərrahiyyə şöbəsi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən cərrahi tibbi xidmətlərdən istifadəsinə imkan yaradacaq. 40 çarpayılıq cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub".
Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi və xidmətlərə əlçatanlığın təmin edilməsi nəticəsində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Ötən il ərzində 9 mindən çox pasiyentə 48 mindən çox tibbi xidmət göstərilib ki, bunların 23 694-ü ambulator, 24 750-si isə stasionar xidmətlərdir. Bu il ərzində isə 18 mindən çox pasiyentə 145 mindən çox tibbi xidmət göstərilib.
Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması prioritet hədəflərindəndir: "Tibb müəssisələrində həyata keçirilən yeniliklər vətəndaşların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına yönəlib. Bu səbəbdən xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirləri sürətləndirilib. Cərrahiyyə şöbəsi də Agentliyin dəstəyi ilə yaradılıb. Bu şöbənin yaradılması və müasir avadanlıqlarla - portativ rentgen, narkoz (anesteziya) aparatı, defibrilyator, kardiomonitor, koaqulyator ilə təchizatı tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq. Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan ümumi cərrahiyyə, neyrocərrahiyyə, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə biləcəklər. Qeyd edim ki, ötən il dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurlar 354 mindən çox olmuşdur".
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə bildirib ki, əvvəllər Nizami Tibb Mərkəzinə cərrahi xidmətlərdən istifadə etmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilirdi: "Məqsədimiz tibb müəssisələrində əhali üçün əlverişli şərait yaratmaq və müəssisələrin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdır. Bu səbəbdən vətəndaşların zamanına qənaət edərək vaxtında keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Xəstəxanada həyata keçirilən yeniliklər əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq".
Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar