Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır

Baxılıb: 909     Tarix: 02-10-2023 13:58   

Qazaxıstan hakimiyyəti ölkədə “Pfizer” və “AstraZeneca” şirkətlərinin dərman istehsalına başlamasını gözləyir.
"Report" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın Baş naziri Alixan Smailov qeyd edib ki, hökumət qlobal əczaçılıq sənayesinin əsas nümayəndələri ilə fəal əməkdaşlıq edir, dövlət dəstəyi tədbirləri paketləri təqdim edir. Belə ki, “Pfizer” şirkəti ilə dərman istehsalının lokallaşdırılmasına dair investisiya müqaviləsinin bağlanması planlaşdırılır.
Eyni zamanda “AstraZeneca” ilə 32 milyon ABŞ dolları sərmayə ilə orijinal dərmanların müqavilə istehsalının yaradılması haqqında razılıq əldə olunub.
Alixan Smailov əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ-a bu yaxınlarda səfəri çərçivəsində GE Healthcare şirkəti ilə 60 milyon dollar dəyərində tibbi avadanlıqların istehsalının lokallaşdırılması üçün çərçivə sazişi də imzalanıb:
“Eyni zamanda, “Roche” şirkəti ilə 2,5 milyon ABŞ dolları dəyərində bir sıra layihələr hazırlanır.Cənubi Koreya, Türkiyə, Misir və İsrail investorları ilə müqavilə əsasında istehsalat layihələri icranın müxtəlif mərhələlərindədir” .

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar