Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq - ÜST

Baxılıb: 759     Tarix: 12-10-2023 13:33   

2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “ÜST-nin Avropa regionunda sağlam qocalma üçün fiziki aktivliyin və sağlam pəhrizin təşviqi” adlı hesabatında bildirilib.
Qeyd edilib ki, bu tendensiya qocalmış əhalinin təsirini azaltmaq üçün sağlam yaşlanmaya diqqət yetirməyi tələb edən yeni sosial, iqtisadi və sağlamlıq problemləri deməkdir.
ÜST-nin xəbərdarlığı təkcə Avropaya aid deyil. Çünki bu nisbətin 2064-cü ildə qlobal miqyasda olacağı gözlənilir. ÜST yaşlı insanların fiziki və psixi sağlamlıqlarını, müstəqilliyini, sosial rifahını və həyat keyfiyyətini qorumaq və yaxşılaşdırmaq üçün tədbirlər görməyə çağırıb.
Sənəddə deyilir ki, qocalmış əhalinin yaratdığı kəskin işçi çatışmazlığı səbəbindən qanuni immiqrasiya və üçüncü ölkə vətəndaşlarının səmərəli inteqrasiyası həyati əhəmiyyət kəsb edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}