Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ötən il ölkədə 8 mindən çox insan süd vəzi xərçəngindən ölüb

Baxılıb: 663     Tarix: 27-10-2023 11:25   

“Ötən il Azərbaycanda süd vəzi xərçənginin bədxassəli yenitörəmələrindən ölənlərin sayı 8 305 nəfər təşkil edib. Bunun 30 %-i 0-39 yaş aralığında olanlardır”.
Qanunvehedef.az“Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il süd vəzi xərçənginə görə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub: “Bundan başqa, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub”.
N.Qasımov bildirib ki, hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir: “Bu da olduqca azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir”.

Qanunvehedef.az




{sape_links}{sape_article}