Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

COVID-19 pandemiyası yenidən başlaya bilər – Azərbaycanda vəziyyət necədir?

Baxılıb: 300     Tarix: 31-10-2023 11:15   
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreyesus ötən gün COVID-19 pandemiyasının hər an yendiən alovlana biləcəyini qeyd edib."Pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər. 2019-cu ildə də belə oldu", - deyə o əlavə edib.
Bəs Azərbaycanda vəziyyət necədir?
Pandemiyanın yenidən alovlanmasının qarşısı necə alınacaq?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, pandemiyanın yenidən alovlanması bir ehtimaldır.
"Çünki qarşıdan soyuq aylar gəlir. Ümumiyyətlə payız və qış ayları respirator infeksiyaların artması üçün uyğun bir şəraitdir. Qapalı məkandan daha çox istifadə, ictimai nəqliyyatda təmaslar bu infeksiyaların yayılmasına daha çox səbəb olur. ÜST bu baxımdan bir anons verib. Amma düşünmürəm ki, ciddi bir vəziyyət var. Çünki dünyada yoluxma və ölüm hallarının sayında cidi bir artım yoxdur.
Azərbaycanda da təhlükəli vəziyyət yoxdur. Təbii ki, istənilən halda sadəcə koronavirusa görə yox, bütün infeksiyalardan qorunmaq üçün şəxsi gigiyenaya diqqət etməli, ara məsafəsi saxlamalıyıq. Ümumlikdə isə pandemiya ilə bağlı ciddi bir təhlükə yoxdur. Yenə də bu, bugün üçün məlumatlardır. Qarşıdakı həftə və aylarda mövcud vəziyyətdə dəyişiklik olarsa, zamanında məlumat veriləcək", - deyə V.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (23-29 oktyabr) koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar