Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda gələn il üçün səhiyyə xərcləri 3,7 faiz artırılır

Baxılıb: 248     Tarix: 02-11-2023 10:48   

Növbəti ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi isə 1,6 faiz (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.
2020-ci illə müqayisədə (koronavirus pandemiyasına ayrılan vəsait istisna olmaqla) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 552,7 milyon manat və ya 41,9 faiz artıb.
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1376,0 milyon manatı (2023-cü illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çox) və ya 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə, 2,2 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 231,5 milyon manatı və ya 12,4 faizi xəstəxanaların saxlanılması xərclərinə, 9,5 milyon manatı və ya 0,5 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə yönəldiləcək.
Xərclərin 252,1 milyon manatı və ya 13,5 faizi isə səhiyyə sahəsində digər xidmətlərin, o cümlədən hüquq mühafizə orqanlarına aid olan səhiyyə müəssisələri üçün 44,2 milyon manat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin xərclərinin bir hissəsinin maliyyələşdirilməsi üçün 10,5 milyon manat, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti üçün 22,6 milyon manat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının saxlanılması xərcləri üçün 9,5 milyon manat, səhiyyə sahəsi üzrə büdcədənkənar xərcləri üçün 12,2 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 153,1 milyon manat vəsait sərf ediləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar