Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda universitet tələbələri də qızılcaya yoluxdular

Baxılıb: 842     Tarix: 27-11-2023 14:36   

Azərbaycan Texniki Universitetdə ümumilikdə səkkiz tələbədə qızılca aşkarlanıb.
Bu barədə universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.
Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar.
"Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib", - deyə qeyd edilib.
Xatırladaq ki, ötən ay Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyəti müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar