Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Pandemiya təhlükəsi varmı? - Nazirdən açıqlama

Baxılıb: 630     Tarix: 04-12-2023 13:47   

“Qızılca ilə bağlı mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə işləyirik”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, birinci növbədə uşaqların təhlükəsizliyidir:
“Hazırda bir neçə məktəb var ki, o məktəblərdə daha çox say müşahidə edirik. Biz başa düşməliyik ki, indi üzləşdiyimiz vəziyyət təxminən 9-10 il qabaq valideynlərin verdiyi qərarın nəticəsidir.
Peyvəndləmə nə qədər az olacaqsa, xəstəlik də o qədər çox olacaq. Düşünüəm ki, ilin sonuna qədər çətin dövrü keçəcəyik. Pandemiya təhlükəsini görmürük. Uşaqların peyvəndlənməsi valideynlər tərəfindən aparılsa, belə problemlərlə gələcəkdə qarşılaşmarıq".
***
“Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinifindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəmlərdən asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ bizim nəzarətimizdədir", - nazir əlavə edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}