Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Qızılcadan ölənlərin hamısı peyvənd olunmayanlardır"

Baxılıb: 757     Tarix: 18-01-2024 12:17   

"Azərbaycanda əhali arasında peyvəndlərlə bağlı düzgün təbliğat işinin aparılmasına ehtiyac var".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bəzən peyvəndlərin ziyanlı olması, xüsusilə gen səviyyəsində insana ziyan vurması ilə bağlı fikirlər yayılır: "Hətta həkimlər arasında belə fikirlər vardı. Gərək biz insanları inandıraq ki, əgər övladlarımızın yoluxucu xəstəliklərdən dünyasını dəyişmələrini istəmiriksə, bunun bir yolu var. Bu da peyvəndlənmə yoludur. Dünyada peyvəndləmə ilə bağlı belə yanlış fikirlər yoxdur. Amma bizdə bu cür neqativ fikirlər yayılır".
Ə. Əmiraslanov əlavə edib ki, ölkədə son vaxtlar qızılcadan vəfat edənlərin hamısı peyvənd olunmayan şəxslərdir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar