Özəl klinikalarda həkim qəbulu NİYƏ BAHADIR? - AÇIQLAMA
Baxılıb: 706 Tarix: 22-02-2024 12:29
Bir vaxtlar özəl klinikalarda həkim qəbulu ucuz başa gəlirdisə, indi bu qiymət 50-100 manatdır. Bu baxımdan bətəndaşlar xüsusilə özəl tibb müəssisələrində analizlərin və həkim qəbulunun qiymətlərinin yüksək olmasından narazıdırlar. Bəs özəl tibb müəssisələrində həkim qəbulunun qiyməti niyə bahadır?
Mövzu ilə bağlı tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
Özəl klinikalarda həkim qəbulunun pullu olması təbii bir məsələdir. Çünki özəl mülkiyyətli tibb müəssisədir. Burada qiymətləri rəqabət müəyyənləşdirir. Oraya müdaxilə etmək mümkün deyil. Həmin klinikalarda çalışan həkimlə və özəl klinika rəhbərliyi arasında müqavilə olur. Həmin müqavilə əsasında ödənişli xidmət həyata keçirilir. Burada dövlətin vergisi tutulur. Alınan vəsait isə həkim və klinika arasında bölünür. Həmin vəsait həkimin maaşına əlavə edilir. Bu qaydaların hamısı ictimailəşməsə də, müqavilədə açıq nəzərdə tutulur və leqal bir prosesdir.
Professorun sözlərinə görə, dövlət xəstəxanasında kifayət qədər peşəkar həkimlər çalışır. İcbari tibbi sığorta ilə dövlət müəssisəsində müayinə və müalicə almaq olar:
"Bu gün Azərbaycanda ürək və damar, neyrocərrahiyyə əməliyyatları, qulaq karlığı zamanı aparatın qoyulması və s. bütün bunlar hamısı pulsuz həyata keçirilir. Minlərlə insan bundan yararlanır. Hesab edirəm ki, icbari tibbi sığorta olduğu yerdə, özəl klinikalarda müayinə haqqında düşünmək o qədər də ehtiyac deyil. Onu o şəxslər edirlər ki, imkanları var və özəl klinikalarda müalicə olunur. İnsanlar üçün dövlət xəstəxanasında Avropa və Türkiyədə yetişmiş mütəxəssislər gəlirlər. Onların hər biri dövlət xəstəxanasında icbari tibbi sığorta paketi çərçivəsində əhaliyə xidmət edir".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər