Sağlam yaşamağın qızıl qaydaları
Baxılıb: 460 Tarix: 02-09-2024 10:13
Sağlam həyat üçün həm bədənimizə, həm də ruhumuza yaxşı baxmalı, ən qiymətli sərvətimizin sağlamlıq olduğunu unutmamalıyıq. Sağlam yaşamaq, həyatın keyfiyyətini artıran və uzunömürlülüyə səbəb olan ən əsas amillərdən biridir.
Bəs sağlam həyat üçün nə etməliyik, necə qidalanmalıyıq və nələrə diqqət etməliyik?
Qanunvehedef.az xarici mətbuata istinadən sağlam həyatın qızıl qaydalarını təqdim edir:
- Çoxlu gəzin.
- Qəhvə əvəzinə təbii bitki çaylarından istifadə edin.
- Səhər yeməyini unutmayın.
- Zeytun yağı istehlak edin.
- Yüksək qan təzyiqi, xolesterin və diabet risklərinə diqqət yetirin.
- Stressə “yox” deməyi öyrənin.
- Bol-bol su için.
- Alkoqol istehlakını məhdudlaşdırın və ya dayandırın.
- Gec saatlarda yemək yeməyin.
- Hər gecə 7-8 saat yuxu yatmağa diqqət yetirin.
- Gündəlik olaraq tərəvəz və meyvə istehlak edin.
- Müntəzəm olaraq idmanla məşğul olun.
- Balanslaşdırılmış pəhriz üçün qidaların kalori, yağ və duz dəyərlərinə diqqət yetirin.
- Mütaliə edin.
- Ən əsası həyatınızdan gülüşü əskik etməyin.
Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər