Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Noyabr ayında 5 nəfər zəhərlənmədən ölüb

Baxılıb: 748     Tarix: 06-12-2024 10:57   

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənib.
Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3-ü kişi, 2 nəfəri qadın) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}