Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Aynurə Əhmədova: bu əməliyyatlar da sığorta ilə ediləcək

Baxılıb: 828     Tarix: 28-12-2024 12:57   

2025-ci ildə Xidmətlər Zərfində dəyişikliklərin aparılması planlaşdırılır. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
O bildirib ki, bu məqsədlə cari ildə müvafiq ictimai müzakirələr təşkil edilib:
“Xidmətlər Zərfində ediləcək dəyişiklik 3 istiqamətdə aparılacaq. Xidmətlər Zərfi genişləndirilərək yeni xidmətlər əlavə ediləcək. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd isə tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir.
İkinci istiqamətdə dəyişiklik xidmətlərin adlarının daha dəqiq və izahlı şəkildə yazılması ilə bağlı olacaq. Bu dəyişikliklər tibb heyətinin işini asanlaşdıracaq və vətəndaşların tibbi xidmətlər haqqında daha məlumatlı olmasını təmin edəcək.
Üçüncü istiqamətdə dəyişiklik bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar