Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bir ayda 91 nəfər zəhərlənib - 3-ü ölüb

Baxılıb: 341     Tarix: 01-10-2025 11:37   

Sentyabrda 91 nəfər zəhərlənib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.
Bildirilib ki, mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.
Onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib.
Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar