Bu 3 vərdiş infarkt riskini artırır

Baxılıb: 699     Tarix: 13-10-2025 13:14   

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.
Qanunvehedef.az Milli.az-a istinadən xəbər verir ki, kardioloq Yusuf Altınkaynakın sözlərinə görə, xüsusilə 20-40 yaş arası gənclərdə ürək tutması halları ciddi şəkildə artıb. Mütəxəssis bildirir ki, hərəkətsiz həyat tərzi, stres və zərərli qidalanma vərdişləri gənclərin ürəyində "saatlı bomba" effekti yaradır.
Aşağıdakı xüsusiyyətlərə sahib gənclər daha yüksək risk daşıyır:
Ailəsində ürək xəstəliyi olanlar
- Siqaret və tütün məhsullarından istifadə edənlər
- Piylənmə (obezite) və diabet problemi olanlar
- Xolesterolu yüksək olan gənclər.
Bu şəxslərdə nəfəs darlığı, sinə ağrısı, halsızlıq və ani ürək döyüntüsü kimi əlamətlər daha erkən yaşda ortaya çıxa bilər.
Altınkaynak xəbərdarlıq edir: "Gənclərdə bəzən sinə ağrısı olmadan da ürək tutması başlaya bilər. Halsızlıq, ürəkbulanma və qəfil döyüntü də təhlükənin ilk işarəsi ola bilər”.
Ürək tutmasını tətikləyən 3 zərərli vərdiş
- Hərəkətsiz həyat və uzun saatlar ekran qarşısında qalmaq
- Fəst-fud və şəkərli qidalarla qidalanmaq
- Nizamsız yuxu və yüksək stres
Bu vərdişlər damarların sərtləşməsinə, yağlanmasına və gənc yaşda damar tıxanmasına səbəb olur.
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Həftədə ən azı 3-4 dəfə yüngül hərəkət və ya sürətli gəzinti
Siqaret və enerji içkilərindən uzaq durmaq
Tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla qidalanmaq
Fəst-fud və şəkərli içkiləri məhdudlaşdırmaq
Gec yatmamaq və kifayət qədər yuxu almaq
Stresi idarə etmək - nəfəs məşqləri, açıq havada gəzişmək
Ailəsində ürək xəstəliyi olan və ya siqaret çəkən gənclər - 20 yaşdan etibarən, risk faktoru olmayanlar - 30 yaşdan sonra mütəmadi ürək müayinəsinə başlamalıdır.
Bu müayinələr zamanı təzyiq, şəkər, xolesterol ölçülür, lazım gələrsə EKQ və efor testi ilə ürək dəyərləndirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2