Xəbər lenti
28/09/2026 [10:18]
Almatıda zəlzələ oldu
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

TƏBİB onlara da xidmət göstərəcək

Baxılıb: 799     Tarix: 15-10-2025 12:58   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilərə də xidmət göstərməyi hədəfləyir.
Qanunvehedef.az xəbər verir ki, bunu Birliyin Strateji İnkişaf Mərkəzinin Rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Bu gün xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün kifayət qədər yaxşı imkanlar var. Bununla yanaşı, biz artıq növbəti mərhələdə əcnəbilərə də xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilk addımlar atılıb və ölkədə turizm konsepsiyasının hazırlanması ilə bağlı işlər görülüb. Dövlət Turizm Agentliyi ilə birgə Tədbirlər Plan hazırlanıb və artıq icra edilir. Biz hədəf ölkələri araşdırmışıq. Gələn ilin martında hədəf ölkələrdən bir qrup medagent və turoperator ölkəmizə dəvət ediləcək", - deyə o qeyd edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}