Bu xəstəlikləriniz varsa, ABŞ vizası almaya bilərsiniz
Baxılıb: 319 Tarix: 14-11-2025 10:24

ABŞ Dövlət Departamenti vizadan imtina üçün əsas ola biləcək səbəblər siyahısına əlavələr edib.
Qanunvehedef.az “The Washington Post”a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun imzaladığı təlimata əsasən, viza verilərkən ərizəçilərin sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır.
Belə ki, artıq onkoloji xəstəliklər, piylənmə, diabet və ürək-damar xəstəlikləri əcnəbilərə viza verilməsindən imtina üçün əsas ola bilər.
“Müəyyən tibbi vəziyyətlər - o cümlədən, ürək-damar və tənəffüs xəstəlikləri, xərçəng, diabet, metabolik xəstəliklər, nevroloji xəstəliklər və psixi pozuntular - müalicə üçün yüz minlərlə dollar tələb edə bilər”, - sənəddə qeyd olunur.
Bununla yanaşı vurğulanıb ki, piylənmə yuxu apnesi, hipertoniya və klinik depressiyaya səbəb ola biləcəyindən mənfi faktor kimi qiymətləndirilməlidir. Tibbi göstəricilərdən əlavə, konsulluq xidmətlərinə ərizəçilərin yaşını, himayəsində olanların sayını və onların xüsusi ehtiyaclarının və ya əlilliyinin olmasını nəzərə almaq tapşırılıb.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, bu təcrübə əcnəbilərin ABŞ-nin vergi ödəyiciləri üçün maliyyə yükünə çevrilməsinin qarşısını almağa yönəlib
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















