Xəbər lenti
19/11/2025 [10:24]
Bakıda obyekt yandı
19/11/2025 [09:59]
Ronaldo Ağ Evdə
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Meyit donordan bu dəfə də böyrək transplantasiya olundu

Baxılıb: 687     Tarix: 19-11-2025 11:47   

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürülüb. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla köçürüb.
Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.
"Həkim olaraq demək istəyirəm ki, orqan nəqli həqiqətən möcüzədir - biz bu möcüzəyə hər gün şahidlik edirik. Donor ailələrinə, əməliyyatda və donorluq prosesində əməyi olan hər kəsə, xüsusilə də Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin kollektivinə və mərkəzin rəhbəri Yeganə Abbasovaya təşəkkür edirəm", - deyə Tariyel Nadirov bildirib.
"Donor ailəsinin göstərdiyi nəciblik, həkim komandasının peşəkarlığı və koordinasiya sisteminin operativliyi sayəsində daha bir insan sağlamlığına qovuşub. Bu uğurlu əməliyyat orqan donorluğunun cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını xatırladır və bir daha göstərir ki, bir insanın verdiyi həyat hədiyyəsi başqa bir insanın yaşamasına imkan yaradır", - nazirliyin məlumatında qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.



Qanunvehedef.azшаблоны для dle 11.2