Müsahibim Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinin müdiri Dr.Rəna Sultanovadır. Həkimlə poliplərin əmələgəlmə mexanizmi və müalicəsi haqqında danışacayıq. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
Baxılıb: 945 Tarix: 24-01-2019 16:50
Polip nədir?
Polip-usaqliq boşluğunda yerləşən xoşxassəli törəmədir. Vəzili,adenomatoz,fíbroz ve vəzili-fíbroz ola bilər. Ən qorxulu sayılan adenomatoz polipdir, çünki xərçəngə çevrilmə ehtimalı yüksəkdir. Lakin əsasən yaşlı qadınlarda menopauza dövründə rast gəlinir. Cavan qadınlarda isə adətən vəzili polip rast gəlinir,hormonal pozuntularla müşahidə olunur və sonsuzluğun səbəbi sayılır.
Rəna həkim, zəhmət olmasa, Poliplərin əmələ gəlmə mexanizmi haqqında nə deyə bilərsiniz?
Yumurtalıqların fəaliyyəti hər hansı səbəbə görə (hormonal pozulma, iltihab və s.) pozulur və bunun nəticəsində yumurtalıqlar qana daha çox miqdarda estrogen hormonları ifraz edir. Nəticədə uşaqlığın selikli qatı (endometrium) lazım olandan artıq şişir, menstruasiya zamanı endometriumun bu şişmiş sahələri tam şəkildə uşaqlıqdan çıxmır və uşaqlıqda qalır. Nəticədə bu yerdə polip əmələ gəlir.- hormonal pozuntular (estrogenlərin artması və progesteronun çatışmazlığı);
- uşaqlıq boşluğunun travmaları (abortlar,diaqnostik qaşimalar,spiralın uzunmüddətli saxlanması); -- -düşüklər,ciftin aradan tam qaldırılmaması(uşaqlıq boşluğunda qalmış qan laxtaları birləşdirici toxumaya çevrilərək polip yaradır);
-endokrinoloji pozuntular və ekstragenital xəstəliklər(şəkərli diabet, piylənmə, hipertoniya,qalxanabənzər vəzin xəstəlikləri);
- psixoloji faktorlar (stresslər, depressiyalar);
- kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəliklər;
- müqavimətin zəifləməsi. Usm zamanı polip aşkarlandıqda mütləq şəkildə histeroskopiya və götürülmüş polipin histoloji müayinəsi keçirilməlidir.
Poliplər özünü hansı simptomlarla büruzə verir?
Bəzən polip bu kimi simptomlar verir:
- menstrual dövrün pozulmaları,
- menstruasiya zamanı güclü qanaxmalar,
- menstruasiyalar arası uşaqlıqdan ağ selikli ifrazatların olması,
- cinsi əlaqədən sonra qanlı ifrazatlar,
- menstruasiyalar arası qanaxmalar,
- qarının əşağı hissəsində ağrılar (böyük ölçülü poliplərdə),
- sonsuzluq. Polipin ölçüləri böyük olduqda, o, mayalanmış yumurta hüceyrəsinə uşaqlıq divarına yapışmağa (implantasiya) mane olur və nəticədə qadında sonsuzluq inkişaf edir.
Polip diaqnozunu qoymaq üçün hansı müayinə üsullarından istifadə olunur?
Polip diaqnozunu qoymaq üçün bir sıra müayinə üsullarından istifadə olunur.Bunlardan ən sadəsi və ən çox istifadə olunanı transvaginal ultrasəs müayinəsidir. Ancaq bəzi hallarda USM yanıla bilər.Bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ulrasəs müayinəsi(histerosonoqrafiya) metodundan istifadə olunur.Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu isə,histeroskopiya üsuludur.Histeroskopiya həm diaqnostika, həm də cərrahiyyə məqsədilə istifadə olunur.Histeroskopiya vasitəsilə uşaqlıq boşluğunu ekranda görmək və eyni vaxtda histeroskop vasitəsilə aşkarlanan polipi xaric etmək mümkündür.Əvvəllər polipi xaric etmək üçün ən çox istifadə olunan cərrahi metod uşaqlıq boşluğunun küretajı idi.Bu metod hal-hazırda da istifadə olunur.Ancaq küretaj vasitəsilə polipi həmişə xaric etmək olmur.Histeroskop vasitəsilə isə, bilavasitə gözlə görmək mümkün olduğundan xaric edə bilməmək ehtimalı da yoxdur.Histeroskopiya çox yüngül cərrahiyyə əməliyyatı olub,adətən xəstə bu əməliyyatdan 2 saat sonra evə yazılır.
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə sağlam qalın.
Ən çox oxunanlar
Son xəbərlər