Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi

Baxılıb: 2 866     Tarix: 23-10-2025 15:16   
 
22 oktyabr 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
    Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
    Daha sonra RİH başçısı Elşən Salahov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyərək S.İbrahimova küçəsində zibil konteynerlərinin qoyulması, Qazmaçılar küçəsində transformatorun yanında və H.Məmmədbəyli küçəsində qəzalı vəziyyətdə olan elektrik dirəyinin götürülməsi, 124 N-li məktəbin yaxınlığında dayanacaq quraşdırılması, H.Məmmədbəyli küçəsində yolun  cari təmir edilməsi  ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar