Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya Ermənistanın müstəqil olmasını istəmir - Amerikalı ekspert danışdı

Baxılıb: 530     Tarix: 03-01-2022 14:56   

"Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı revanşist münasibətdə mövqeyini dəyişmək üçün iki şey baş verməlidir: İrəvanın regiondakı öz roluna baxışında ciddi dəyişiklik olmalıdır ki, bu da əhalinin maarifləndirilməsinə yönəlmiş uzunmüddətli struktur dəyişikliklərinin həyata keçirilməsinə gətirib çıxara bilər ki, bu da barışıq siyasətidir. İkincisi, üçüncü tərəflərin müdaxiləsi - məsələn, erməni lobbiçiləri və dünya üzrə mütəşəkkil cinayət qrupları revanşistlər və siyasi qruplaşmalar vasitəsilə, eyni zamanda Kreml və onun iqtisadi imkanları vasitəsilə deyilən mühitin yaradılması üçün rəsmi İrəvana təzyiqlərin arası kəsilməlidir".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Azərbaycan Avropanın əsas müttəfiqinə çevrilir:
"Nə qədər ki, Rusiya Ermənistana öz aktiv və etibarlı nümayəndəsi kimi baxmaqda davam edəcək, o zaman Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin tezliklə dəyişəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Çünki Moskvada müəyyən revanşist siyasi qruplar, lobbistlər bütün səviyyələrdə dərin kök salıb, o səbəbdən tam dəyişikliyə ümid etmək olmaz. Lakin, beynəlxalq təzyiqlər və iqtisadiyyatın şaxələndirilməsinin qaçınılmazlığı vasitəsilə müəyyən səviyyədə münasibətlərdə kompromisə getmək hallarını müşahidə etmək olar. Axı, İkinci Qarabağ müharibəsi sübut etdi ki, Rusiya Moskvanın xeyrinə olmayanda Ermənistanın köməyinə gəlməyəcək və o, həm də Ermənistanın kifayət qədər inkişaf edib, özünə nəzarət edəcək, özü özünə cavabdeh olacaq qədər müstəqil olmasında maraqlı deyil. Ona görə də Ermənistan tam əhəmiyyətsizlikdən, asılılıqdan, müstəmləkəçilikdən qaçmaq istəyirsə, zərurətdən qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməlidir.
Texniki, maddi və canlı qüvvə nisbətinin yerlə göy qədər olması səbəbindən Ermənistan çətin ki, Azərbaycan ilə yaxın gələcəkdə növbəti total müharibəyə girsin. Hətta gələcəkdə döyüşə hazır olsa belə, növbəti qarşıdurmanı təhrik etməkdə çətinlik çəkəcək.
Keçən il Azərbaycan Avropa İttifaqı tərəfindən əhəmiyyətli dərəcədə tanındı və Avropada enerji böhranı uğursuz siyasət və Rusiyanın istismar strategiyasının qarışığı ilə şiddətlənməkdə davam etdikcə, Azərbaycan Avropaya təzyiqləri aradan qaldırmaq üçün açarlardan birinə çevrilir və müttəfiq kimi qiymətləndirilməyə başlanılıb.
Üstəlik, NATO və bütünlükdə Qərb Avropa üçün çox önəmli olan siyasi qərarların astanasındadır və Azərbaycan daha çox nüfuzlu mövqedə qərar tuta bilər. Bununla də Fransada və başqa dövlətlərdə erməni lobbisinin təsirinə qarşı ehtiyat tədbirlərin görülməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin tamamilə deaktivləşdirilməsi və ya yenidən, daha obyektiv şəkildə qurulmasına, Qərbin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanın iştirakçısı olduğu məsələlərə yanaşmasını dəyişdirmək mümkün ola bilər. Ermənistanda isə bu proseslərin əksi olaraq uzun müddətdir siyasətdə kök salmış korrupsiyanın xaos halı alması, eyni zamanda İrəvanın Azərbaycanla kompromisə gəlmək yerinə öz inadını davam etdirəcəyi təqdirdə regionda geosiyasi reallıqlardan kənarda qala biləcəyi gözləniləndir".

Qanunvehedef.azшаблоны для dle 11.2