Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əliyev strategiyası: Mehdiyevin Zasla görüşü və... - Mühüm

Baxılıb: 572     Tarix: 22-11-2018 16:38   

Son günlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində gedən, həmçinin birbaşa birliyə aid olan məsələlərdə Azərbaycanın adının çox intensiv şəkildə hallandığını görməkdəyik. Yəni Ermənistan özü üçün savaş cəbhəsi açır və görünən odur ki, hər hansı bir formatda Ermənistanın təhlükəsizliyini sona qədər qoruyan dövlət və ya onların birlikləri mövcud deyil.
Bu sözləri Qanunvehedef.az-a Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla keçirdiyi görüşləri şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, rəsmi Bakı xüsusi hərbi formatlarda açılan davaları izləməkdədir, çünki bu, xarici siyasət və təhlükəsizlik mənafelərimizə birbaşa təsir göstərir:
“Azərbaycanın diplomatiya tarixində çox az hallarda dövlət başçısının geniş şəkildə üzərində dayandığının və kluar məsələlərini belə əhatə edən məqamları dilə gətirdiyinin şahidi olduq. Belə ki, cənab Prezident bir neçə gün əvvəl Ermənistanın nədən belə təklənməyə məruz qaldığını, əvvəlki baş katib Yuri Xaçaturovu geri çağırarkən onların həqiqi məramlarını, bu ətrafda Rusiyanı qınamaq cəhdlərini, həmçinin Belarusla yaşanan hazırkı diplomatik böhranı, kəskin siyasi münasibətləri, hətta gərginliyi şərh etdi. Bu, sözün həqiqi mənasında Ermənistanın yeni hökuməti üçün müəyyən mənada bir ustad dərsi, diplomatiya məktəbi idi. Bunları boşuna sadalamıram, çünki öz nümayəndəsini geri çağırarkən yaranacaq situasiyanı hesablaya bilməyən bir hökumətlə üz-üzəyik. Gördüyünüz kimi, Paşinyanı təkcə bu hiddətləndirmir, onun çevrəsində olan təhlilçilər və başqa xarakterli beyin mərkəzləri daha çox təzyiqlərlə üzləşdikləri və istəklərinin reallaşmadığı günlərdə Azərbaycanın Belarusla daha yaxın münasibətlər ortaya qoymasına, gələcək hərbi əməkdaşlığın yeni müstəvilərini yaratmasına, bunun açıq-aşkar onlara qarşı koalisiya anlamına gəlməsinə və nəticə etibarilə öz müdafiələrini həm də rəsmi Minskdən qorumalı olduqlarına və o biri tərəfdən də Nazabayevin Azərbaycanla yaxşı münasibətlərini hansısa bir birlikdə yer almasına qurban verməyəcəyinə görə qəzəblənirlər. Bütün bunların fonunda Azərbaycan öz diplomatik sistemli addımlarını indiki reallıqda Prezident, eləcə də onun komandasında mühüm yerə və çəkiyə malik hörmətli Ramiz Mehdiyev davam etdirməkdədir. Bu, açıq şəkildə ölkə rəhbərindən qaynaqlanan bir siyasətdir, birbaşa onun tapşırıqlarıdır”.
Millət vəkili bildirib ki, çox təcrübəli, regional prosesləri intensiv izləyən, Azərbaycanın mənafelərini hər zaman qorumaq üçün təsirli tədbirlər görən dövlət rəsmilərimizin keçirdiyi görüşlər Bakının öz mövqeyindən geri çəkilməyəcəyini sübuta yetirir:
“Ramiz Mehdiyevin həmkarı Patruşevlə görüşündə diqqət çəkən məqam budur: istər Xəzər akvatoriyasındakı olan məsələlərin, istərsə də terrorçuluğa qarşı mübarizənin müzakirəsi o deməkdir ki, Rusiya və Azərbaycan bu sahələrdə daha yaxşı bir səviyyəyə gəlib çatıblar. Bu, çox önəmli bir məsələdir. Qarşılıqlı olaraq hər bir dövlət özünə risk qəbul etmək istəmir. Bu gün ərazilərimizdən Şimali Qafqaza hansısa terror birliklərinin keçməsi qeyri-mümkündür. O biri yandan bununla müxtəlif bayraqlar altında, dini ekstremizim təmayülü çərçivəsində şimal qonşumuzun içərisində sarsıntılar yaratmaq, onun təhlükəsizliyinə zərbə vurmaq istəyən dairələrə də “yox” demiş oluruq. Xüsusilə də Rusiya əleyhinə Qərbdə atılan sanksiyalar cəbhəsinin tüğyan etdiyi və az qala pik nöqtəsinə çatdığı bir dövrdə etməkdəyik. Aydındır ki, buna görə ölkəmizə müxtəlif xarici təsirlər və təzyiqlər də olur. Buna heç şübhə yoxdur. Əleyhimizə olan məlum demokratiya hayqırtıları, xüsusi qara hesabatlar, ayrı-ayrı şəxslərin mühacir statusu ilə gətirilib, telekiller səviyyələrinə çatdırılmaları da sübut edir ki, bu, ölkəmiz içərisindəki insan haqları durumundan daha çox Qərbin müxtəlif mərkəzlərinin mənafeləri ilə bağlı məsələdir. Azərbaycanın Rusiya ilə yaxınlaşmaları baş verən kimi o dairələrin “demokratiya damarı” tutur və dərhal əleyhimizə lövbər salan qüvvələri müxtəlif qaranlıqlardan, dalandan çıxarıb, ortaya atırlar. O üzdən hesab edirəm ki, Azərbaycan Ermənistanı regional miqyasda təqib etmək, izolyasiyaya məruz qoymaqla yanaşı, indi ən çox güvəndiyi hərbi-siyasi dayağından da məhrum etmək üçün hərəkətə keçib. Ölkə rəhbəri ilə başlayan və onun siyasi komanda üzvləri tərəfindən davam etdirilən, xüsusən də hörmətli Ramiz Mehdiyevin artıq KTMT-nin dekabr seçimlərinin formalaşmasına yönəlik bu siyasəti Azərbaycanın oradakı mövqelərini ortaya qoymaqdadır və əminəm ki, bu, xüsusi nəticələr doğuracaq”.
Millət vəkili qeyd edib ki, ən asan janr hansısa bir dövləti forpost kimi təqdim edib, onu beynəlxalq aləmdə səsləndirməkdir:
“Cənab İlham Əliyevin hazırkı dövrdə yürütdüyü regional siyasi strategiya Ermənistanı Rusiyadan qoparmağa və onu ən çox güvəndiyi hərbi birlikdə təkləməyə yönəlib. Bu, çox çətin və bir çoxları üçün ağılasığmaz, lakin həqiqətən də xarici siyasətin ən önəmli bir vəzifəsidir və həm də hazırkı dövrdə reallıqdır. Ona görə də əminəm ki, bu görüşlər və orada aparılan danışıqlar bir daha Azərbaycanla olan münasibətləri daha real bir formada ifadə etməyə və ölkəmizin zərurətini ortaya qoymağa xidmət edir. Ramiz Mehdiyevin əvvəlki illərdə də Rusiyanın elitası, o cümlədən MDB dövlət başçılarının təhlükəsizlik sahəsinə aid olan nümayəndələri ilə çox yaxşı təmasları olub. Bir yandan işçi münasibətlər formalaşıb, o biri yandan Azərbaycan tərəfindən bu gün keçmiş sovet məkanına yönəlik hər hansı təhlükə, inqilabi ssenarilər yürüdülmür. Bunu açıq demək lazımdır. Azərbaycan o ölkələrdən də eyni hörmət və ehtiramı gözləyir. Bütün bu danışıqlar, görüşlər göstərir ki, bu gün Qərbin bölgəyə nüfuz etməyə çalışdığı və müxtəlif məkanlarda toqquşma törətməyə cəhd etdiyi zamanlarda Azərbaycan bunun tam əksini ortaya qoyur.
Azərbaycan müxtəlif dövlətlər arasında konflikt meydanı olmağı qətiyyətlə istəmir, o cümlədən Ermənistanın da hər hansı bir əsas olmadan Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusu üzərimizə qaldırmağa arqumenti yoxdur. Bu gün erməni camiəsini, onun müxalif və iqtidar dairələrini hədsiz hiddətləndirən, Lukaşenkonun ünvanına ağır təhqirlər yağdırmağa vadar edən və az qala diplomatik əlaqələrin qırılmasını tələb edən davranışlar Bakının siyasi uğurudur. Əgər günün birində Ermənistan Belarusa müharibə elan etsə, təəccübləməməliyik. Ona görə ki, bir natamamlıq kompleksi yaşanır, onlar qəzəblənirlər ki, sən demə, Belarusdakı siyasi idarəetmə forması və Avropada Batkaya olan münasibətlər Paşinyanın daşıdığı dəyərlərlə uzlaşmırmış, çünki biri demokrat, digəri isə avtoritar bir idarəçidir və ona görə də eyni birliklərdə olmamalıdırlar. Məgər, Sərkisyan dönəmində KTMT-də yer alan dövlətlərin hansı üsul-idarəyə malik olduğunu bilmirdilər?! O biri yandan təcavüzkarlıq avtoritarizmdən diktaturaya qədər istənilən rejim formalarından daha pis siyasətdir. Yəni Ermənistan işğalçılığı heç bir dövlətdə olan durumla eyni götürülə bilməz. İrəvan tərəfindən cəhdlər də olsa, onlar Minskin bu gün oynadığı siyasi diplomatik rolu yerinə yetirməyə qadir deyillər”.
Qeyd edək ki, PA rəhbəri, akademik Ramiz Mehdiyev noyabrın 21-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşündə iştirak edib. Moskvaya səfəri çərçivəsində R.Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Xatırladaq ki, Bakıda hərbi təhsil alan S.Zas Belarus tərəfindən KTMT baş katibliyinə namizədliyi irəli sürülən generaldır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar