Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakının İrəvana 50 milyardlıq həmləsi - Möhtəşəm proses

Baxılıb: 479     Tarix: 30-01-2019 17:00   
“Çıraqov və digərlərinin işi”nin təşkilatçısı Fəxrəddin Paşayevin Qanunvehedef.az-a müsahibəsini təqdim edirik:
- Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu məlumat nə dərəcədə doğrudur?
- Bununla bağlı mətbuatda gedən yazıları oxumuşam. Əlbəttə, söhbət dövlətin yox, zərərçəkmişlərin iddiasından gedir. Bundan başqa Ermənistanın işğalı nəticəsində dəymiş zərər və tələfatların hesablanması üzrə yaradılmış İşçi Qrupunun keçmiş sədri Xanhüseyn Kazımlı ilə müəyyən münasibətlərimiz var. Onunla Şahbaz və Dilqəmin işinə görə Londonda da vəkillərlə görüşmüşdük. Xanhüseyn bəy tərəfindən belə bir təşəbbüs olmuşdu. Həmin vaxt işçi qrupunun müəyyən toplantılarında mən də iştirak etmişdim. Bu haqda da orada eşitmişəm. Orada mənə də çıxış etmək üçün söz vermişdilər. Həmin vaxt qeyd etdim ki, Ermənistanın işğalı nəticəsində dəymiş zərər və tələfatların hesablanması üzrə yaradılmış İşçi Qrupu vaxtında yaradılmış qurum olsa da, bu qurumun fəaliyyəti gücləndirilməlidir. Yeni qaldırılacaq iddialar üçün nəzərdə tutulan məbləğin də az olduğunu düşünürəm. Sizə bircə misal deyim. Təkcə 2 milyon 400 min avro mənə dəyən zərər hesablanmışdı. Burada hələ mənəvi zərər hesaba qatılmamışdı. İndi bu rəqəmi zərərdəymiş ailələr konteksindən hesablayanda məbləğ 100 milyarddan da çox olur. Onu da qeyd edim ki, bu işlərlə bağlı hazırda çox savadlı mütəxəsislər çalışır.
- Yeni iddiaların qaldırılması üçün “Çıraqov işi”nin presedent kimi götürülməsinin perspektivini necə qiymətləndirirsiniz?
- Yeni iddiaların qaldırılması vacib məqamdır. Çünki bizim işimizin son məhkəmə qərarında yazılırdı ki, bu 6 nəfər təkcə özünün yox, bütün məcburi köçkünlərin hüquqlarının bərpa olunması iddiası ilə çıxış ediblər. Yəni biz tək özümüz üçün yox, ümumi qaçqın və məcburi köçkünlərin hüquqları üçün iddia qaldırmışdıq. İndi qaçqın və köçkünlərin ümumilikdə 50 milyard dollarlıq iddia məsələsi çox vaxtında, hətta gecikmiş addımdır. Bu iş davamlı olmalıydı. Yəni “Çıraqov işi” ilə bağlı AİHM-də ədalətli hökm çıxarandan sonra bu işlər davam etdirilməliydi. Çünki ortada işğal, dəymiş ziyan faktı var. Konkret hüquqi məfhumlar, fakt varsa, araşdırma da aparılmalıdır. Düşünürəm ki, yeni iddialar tez-tez qaldırılacaq.
- Yeni iddia qaldıran qaçqın və məcburi köçkünləri tanıyırsınızmı? Onlarla bu barədə müzakirələriniz olubmu?
- Açığı, bu məsələ ilə bağlı ətraflı məlumatım yoxdur. Ancaq hər bir məcburi köçkün və qaçqın olan azərbaycanlının ixtiyarı var ki, öz hüquqlarının bərpası üçün istənilən istansiyada iddia qaldırsın. Ermənistan tərəfinin yalançı iddiaları ilə məsələ bitmir. Beynəlxalq hüquq və bu hüququn təminatçıları var.
“Çıraqov işi”ni presedent kimi götürərək, ermənilərə qarşı qaçqın və məcburi köçkünlərimiz iddia qaldıra bilər. Mən inanıram ki, əgər iş fundamental, inamla və yorulmadan aparılsa, hökmən qələbə qazanılacaq. Sizə mən öz işimiz haqqında bir misal çəkim. “Çıraqov və digərləri”nin iddiasının 2004-cü ildə qaldırılması nəzərdə tutulsa da, bürokratik əngəllərə görə 2005-ci ildə bu iddia qaldırıldı. Amma biz 2015-ci ildə qələbə qazandıq. Yəni 10 il biz dayanmadan mübarizə aparmışıq.
- Necə oldu ki, Ermənistanı məhkəməyə vermək qərarına gəldiniz?
- Avropada, Londonda ofisi olan türk əsilli Kərim Yıldız adlı bir vəkil 2004-cü ildə Bakıya gəlmişdi. O, mənim qardaşımın dostu idi. O, bizə ilk dəfə təklif etdi ki, hüquqlarımızı Ermənistana qarşı məhkəmədə müdafiə edək. Əvvəl buna ciddi yanaşmadıq. Sonra 2005-ci ildə o, yenidən Bakıya səfər elədi və təklifi təkrarladı. Bu zaman biz işə ciddi yanaşdıq. O vaxt mən Avropa İnsan Haqları Məhkəməsinə ərizə yazdım. Mənimlə birlikdə daha 5 nəfər - yəni ümumilikdə 6 nəfər Laçın vətəndaşı vəkilimiz Kərim Yıldızın vasitəsilə Ermənistan hökumətinə qarşı Avropa İnsan Haqları Məhkəməsində məsələ qaldırdıq. Bizim vəkillərimizin hamısı xarici vətəndaşlar (Avstriya, Almaniya, İngiltərə vətəndaşları) idi. Biz vəkillərlə işə girişdik, lazım olan sənədləri topladıq. Azərbaycan dövləti də lazım olan sənədləri operativ toplamaqda bizə çox köməklik göstərdi. Mənəvi olaraq hökumətimizin dəstəyini hər zaman hiss edirdik. İlk növbədə cənab Prezidentimiz bizə köməklik göstərilməsi ilə bağlı ciddi tapşırıqlar verdi.
Dəqiqliklə deyə bilmərəm, 2-3 il sonra bizə xəbər verildi ki, ərizələrimiz icraata götürülüb. Bir neçə dəfə Avropa İnsan Haqları Məhkəməsinin müxtəlif palatalarında bu işə baxılıb. Nəhayət, 2010-cu il sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasında məsələyə baxıldı. Bu zaman Prezident Administrasiyasından Çingiz Əsgərov və Otari Qvaladze də iştirak edirdi. İddiaçılar adından mən və Akif Həsənov iştirak edirdik.
Prosedur belədir ki, 6 ay ərzində dinləmələr aparılmalı və məhkəmə cavab verməlidir. Ancaq nədənsə bir az gecikdi. 2012-ci il yanvarın 9-da məhkəmə ilkin qərar çıxardı. Hardasa təxminən il yarımdan sonra məhkəmə qərarına əsasən, Ermənistan hökumətinin cavabdehlikdən qaçmaq tələbi rədd edildi. Qərarda göstərildi ki, 3 maddə üzrə bizim, o cümlədən, Azərbaycandan olan digər məcburi köçkünlərin hüquqlarımız pozulur. Səhv etmirəmsə, maddələr belə idi: etnik və dini zorakılığa məruz qalma, əmlakın dağıdılması, yaşadıqları ərazinin zəbt olunub, talan edilməsi.
İlk dəfə bizim işimizdə məhkəmə qərarında yazıldı ki, Ermənistan Azərbaycan torpaqlarını, o cümlədən Laçını işğal edib. Yəni indi bu gün qaldırılacaq 50 milyard dollarlıq yeni iddianı məhkəmə azalda bilər, ancaq etiraz edə bilməz. Çünki AİHM-in 2016-ci ildə Ermənistan Respublikasını işğal etməsi ilə bağlı qərarı var. Burada təkcə Dağlıq Qarabağ yox, Azərbaycan torpaqlarının işğal edilməsi ifadəsi yer alırdı. Orada Ermənistan belə bir iddia ilə çıxış edirdi ki, Azərbaycan torpaqlarını “Dağlıq Qarabağ respublikası” işğal edib. Qərarda isə vurğulanır ki, Ermənistan hökumətinin maddi, hərbi yardımı olmadan “Dağlıq Qarabağ” deyilən qurum 1 ay da yaşaya bilməz. Bunlar faktdır. Cəza simvolik olsa da, qələbədir. 5000 avro Ermənistan hökuməti Azərbaycandan olan 6 nəfər məcburi köçkünə kompensasiya ödəməli idi. Hansı ki, bizə veriləcək kompensasiya milyonlarla ölçülməlidir.
- Yuxarıda qeyd etdiniz ki, sizin vəkilləriniz ancaq xarici vətəndaşlar olub. Bu işlərdə Azərbaycandan olan vəkillər də iştirak edə bilərmi? Azərbaycanlı vəkillərin bu sahədə potensialı nə qədərdir?
- Çoxdur. Burada Çingiz Əsgərovun əməyini xüsusi vurğulamalıyam. Otari Qvaladze də Çingiz müəllimin köməkçisi kimi çıxış edirdi. Çingiz müəllimin həm elmi, həm də intellektli çıxışı nəinki bizimkiləri, hətta zalda olanları - avropalı hüquqşünasları da çox təsirləndirmişdi.
- Siz təcrübəsi olan şəxs kimi yeni iddialar qaldırmaq istəyən şəxslərə necə kömək edə bilərsiniz?
- Mən onu hələ lap əvvəllərdən təklif etmişdim. Hətta Ermənistan tərəfindən girov götürülən Şahbaz və Dilqəmin işinə kömək etmək üçün Əlövsət Ağalarova (Şahbaz və Dilqəmin hüquqlarının müdafiəsi komitəsinin rəhbəri – red.), müəyyən dairələrə müraciət etdim. Hətta bu işə yardım etmələri üçün vəkillərimlə də danışdım və onlardan da razılıq aldım. O vaxt məni “Ortaq məxrəc” proqramına qonaq kimi çağırmışdılar. Mən efirdən də elan etdim ki, bizə balaca bir ofis, 6 kvadrat metrlik oturacaq bir yer verin, öz təcrübələrimizi digər qaçqın və məcburi köçkünlərlə bölüşək. Çünki bu işlərlə dövlətin məşğul olması kifayət etmir. Vətəndaşlar da öz borclarından çıxmalı, təcrübələrini bölüşməlidir. Mənim fikrimcə, bizim kimi iddia qaldıran şəxslərin qələbə qazanmaq şansları çoxdur. Çünki artıq “Çıraqov işi” ilə bağlı presedent var. Yəni məcburi köçkünün biri qaragöz, o biri alagöz deyil ki! Hər bir məcburi köçkünün hüququ pozulub. Əgər AİHM mənim hüquqlarımı tanıyıbsa, deməli, digər məcburi köçkünlərin də hüquqları burada bərpa oluna bilər. Bununla bağlı bu gün də iş adamlarına, milyonçularımıza, milyarderlərimizə müraciət edirəm. Hər şeyi dövlətdən gözləmək olmaz. Bizim vətəndaş mövqeyimiz, mübarizə əzmimiz olmalıdır. O vaxt da mən təklif etdim ki, bu şəraiti bizə yaradın və biz bu işi dayandırmayaq. AİHM qarşısında iddia qaldırmağı ənənə halına gətirək. Yəni Ermənistan hökuməti fikirləşməsin ki, 6 nəfərlə canını qurtaracaq. Bu işi öz yurd-yuvamıza qayıdanadək davam etdirməliyik.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar